TRT 1-in Azərbaycanda yayımı bərpa olunur

TRT 1-in  Azərbaycanda yayımı bərpa olunur

Martın ayının 1-dən TRT 1 televiziya kanalının Azərbaycanda rəqəmsal yayımına başlanılır. Bu barədə SİA-ya TRT-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib. Məlumatda deyilir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli Televiziya və Radio Şurası, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio, Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi arasında əldə olunan razılığa əsasən TRT 1 televiziya kanalının Azərbaycan ərazisində sosial paket daxilində yayımı bərpa olunacaq. TRT 1 televiziya kanalı 1995-ci ildən etibarən Azərbaycan və Türkiyə hökumətlərarası müqavilə əsasında yayımı həyata keçirir. 2016-cı ilin noyabr ayından etibarən mərhələli şəkildə Azərbaycan ərazisində analoq TV yayımının dayandırılmasından sonra, TRT 1 televizia kanalı 1 mart 2017-ci ildən etibarən öz verilişləri ilə rəqəmli sosial paket daxilində gündəlik 24 saat Azərbaycan tamaşaçısın qarşısına çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə