Siyəzəndə zəlzələ olub

Siyəzəndə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, yerli vaxtla saat 07:45:27-də Altıağacdan 24 km şimal-şərqdə Siyəzən rayonu ərazisində zəlzələ olub.

Maqnitudası 3,5 və dərinliyi 46 km olan zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə