Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin yığıncağı keçirilib
Bu gün Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin ümumi yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, gündəlikdə duran əsas məsələ İctimai Birliyin sədrinin və idarə heyətinin yenidən seçilməsi idi.
İclası giriş sözü ilə açan Rövşən Ağamalıyev şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.
R.Ağamalıyev tədbir iştirakçılarını sədri olduğu İctimai Birliyin illik hesabatı ilə tanış edib. Həmçinin respublikamızda baş verən hadisələrdən danışıb.
Sonra səsvermə yolu ilə növbəti iki illiyə R.Ağamalıyev təsklatın sədri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB