Özbəkistanın tnews.uz portalı Ermənistanın cəbhə xəttindəki son təxribatları ilə bağlı geniş məqalə yayıb. Məqalədə bildirilir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhənin bütün istiqamətlərində təxribatlar törədib, Azərbaycan mövqelərinə hücum etməyə cəhd göstəriblər. Ermənilər Xocavənd-Füzuli istiqamətində Azərbaycan mövqelərini ələ keçirməyə cəhd edib, lakin bunun qarşısı qətiyyətlə alınıb.
Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir. Bildirilir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə daha yeddi rayonu işğal edib, bu isə Azərbaycan torpaqlarının 20 faizi deməkdir. Münaqişə nəticəsində 1 milyon azərbaycanlı öz ata-baba torpaqlarını tərk etməyə məcbur olub, qaçqın və məcburi köçkünə çevrilib.
Məqalədə Dağlıq Qarabağda keçirilən qondarma "referendum" haqqında da danışılır, vurğulanır ki, bu ermənilərin növbəti təxribatıdır.
AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB