Baş redaktor: “Milli maraqlardan sui-istifadə edənlərə qarşı addımlar atılmalıdır” AÇIQLAMA

Baş redaktor: “Milli maraqlardan sui-istifadə edənlərə qarşı addımlar atılmalıdır” AÇIQLAMA

"Təəssüf ki, cəbhədə baş verən hadisələr haqqında Müdafiə Nazirliyindən dəqiqləşdirilməmiş, yalan məlumatların yayılması ilə bağlı yenə də sosial şəbəkələrdə kifayət qədər problemlər oldu. Bununla yanaşı, özlərini peşəkar adlandıran bəzi internet saytları və rəhbərləri Ermənistan mətbuatının yaydığı məlumatlara istinad edərək xəbər yayırdılar. Onların əksər hissəsi isə təxribat xarakterli məlumatlar idi". Bunu SİA-ya açıqlamasında "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, dəqiqləşdirilməmiş və yalan hərbi məlumatların yayılması ilə bağlı məsələ artıq xəbərdarlıq mərhələsini keçib: "Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd fəaliyyət göstərən, düşmənin informasiyalarından istifadə edərək təxribat xarakterli məlumatlar yayan, həssas məqamlardan, milli maraqlardan sui-istifadə edən şəxslərə və media qurumlarına qarşı konkret addımlar atılmalıdır. İctimai qınaq və xəbərdarlıq müəyyən dərəcədə təsir göstərsə də, bunun qarşını almaq üçün tədbirlər görülməlidir.

Bu məsələdə əsl peşəkarlıq nümayiş etdirən media qurumlarına isə müəyyən dəstək verilməli, onların inkişafı üçün imkanlar genişləndirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə