Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Gürcüstana səfərə gəlib.
Səfər çərçivəsində E.Quliyevin Gürcüstanın daxili işlər naziri Georqi Mqebrişvili və sərhəd polisinin rəisi ilə görüşləri nəzərdə tutulub.
DSX rəisi, həmçinin Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edəcək, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB