Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar İtaliyanın Roma, Milan, Piza, Rimmini və Pavia kimi şəhərlərinin əsas meydanlarında Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) tərəfindən məlumatlandırcı aksiyalar təşkil olunub. Azərbaycanın İtaliya Respublikasındakı Səfirliyindən SİA-ya verilən məlumata görə, aksiyalarda İtaliyada təhsil alan azərbaycanlı tələbələr, habelə bu ölkədəki Azərbaycan diaspora nümayəndələri iştirak edibər. Aksiyaların məqsədi İtaliya ictimaiyyətini Xocalı soyqırımı barədə məlumatlandırmaq, Ermənistan tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş soyqırımı və digər cinayətlər barədə həqiqətləri yaymaq olub.
Aksiyaların iştirakçıları üzərində "Xocalıya ədalət!", "Dünya Xocalı soyqırımını tanımalıdır!", "Xocalı unudulmamalıdır!" və digər bu səpgidə şüarlar yazılmış plakatları əllərində tutaraq, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoyması, Xocalıda törədilmiş soyqırımın baiskarlarının cəzalandırılması və soyqırımına siyasi-hüquqi qiymət verilməsi ilə bağlı çağırışlar ediblər.
Romada keçirilmiş aksiya zamanı Xocalı qurbanlarına həsr edilmiş musiqili bədii kompozisiya da səsləndirilib.
Aksiyalara maraq göstərən şəxslərə Xocalı soyqırımını əks etdirən broşürlər və bukletlər paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB