AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun "Sorbsiya prosesləri" laboratoriyasının elmi işçisi Mahnur Cəfərlinin "Diaion CR-11, Dowex M-4195,KU-2x8 və KB-4P-2 ionitləri ilə məhlullardan Zn2+ və Pb2+ -ionlarının sorbsiyası" monoqrafiyası işıq üzü görüb. Bölmənin informasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, monoqrafiyada ilk dəfə Diaion CR-11, Dowex M-4195,KU-2x8 və KB-4P-2 ionitlərinin turşu-əsas xassələri öyrənilib, onların funksional qruplarının dissosiasiya sabitləri hesablanıb, ionitlərin monomer analoqları ilə müqayisədə polimer matrisanın ionitlərin turşu-əsas xassələrinə təsiri aydınlaşdırılıb.
Yeni nəşrdə öyrənilən proseslərin sorbsiya əyriləri çəkilib, məlum nəzəri modellər əsasında onların riyazi işlənməsi gerçəkləşdirilib və bütün hallarda sorbsiya proseslərinin ionit səthində monomolekulyar təbəqənin yaranması ilə bağlı tədqiqatçının elmi fikirləri irəli sürülüb. Əsərdə ilk dəfə Diaion CR-11, Dowex M-4195,KU-2x8 və KB-4P-2 ionitlərin funksional qrupları ilə metal-ionların əmələ gətirdiyi komplekslərin varlığı İQ-spektroskopiya vastəsi ilə təsdiqlənib və alınan komplekslərin davamlılıq sabitləri hesablanıb. Sink və qurğuşun (II) ionlarının Gümüşlü polimetal filizi yatağı konsentratından öyrənilən ionitlər vastəsilə ayırmağın nəzəri, praktik əsasları yoxlanılıb və müsbət praktiki nəticələr əldə edilib.
Monoqrafiya elmi ictimaiyyət və mövzu ilə bağlı maraqlanan tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki, "Diaion CR-11, Dowex M-4195,KU-2x8 və KB-4P-2 ionitləri ilə məhlullardan Zn2+ və Pb2+ -ionlarının sorbsiyası" adlı monoqrafiya AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasının "Yeni kitabların daimi sərgisi"ndə nümayiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB