Ramin Quluzadə vətəndaşlarla görüşəcək

Ramin Quluzadə vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 10-da İmişli şəhərində İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın, Xocavənd sakinləri ilə görüşəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən SİA-ya verilən xəbərə görə, R.Quluzadə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, 1655 Çağrı Mərkəzi, (994 12) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə