“Erməni tələsinə düşən media orqanlarına qarşı lazımı tədbirlər görüləcək” AÇIQLAMA
"Təəssüf ki, Azərbaycan mediasında hələ də Ermənistanın təxribat törətdikləri anda sınaqdan üzü ağ çıxmayan, virtual aləmdə fəaliyyət göstərən media orqanları var. Bu məsələ Ermənistanın son təxribatı zamanı da özünü göstərdi". Bunu SİA-ya açıqlamasında "Bakı- Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Mətbuat Şurasının məsələyə hər zaman olduğu kimi, bu dəfə də operativ reaksiya sərgilədiyini deyən baş redaktor bildirib ki, bununla da media orqanları cəbhədə baş verən hadisələrə münasibət sərgiləməkdə yüksək peşəkarlığa, dövlətçilik mənafeləri ilə maksimum şəkildə uzlaşmağa dəvət olundular: "Mətbuat Şurasının cəbhədəki təxribatlarla bağlı ənənəvi çağırışları müsbət nəticələrini verməkdədir. Hazırki medianın bu məsələyə münasibətini illər öncəki ilə müqayisə etsək, fərqi görməyə bilmərik. Bugünkü media belə məsələlərdə daha böyük, peşəkar yanaşma nümayiş etdirə bilir. Təbii ki, bu irəliləyişlərin arxasında dövlət səviyyəsində görülən işlər, maarifçilik məsələləri, eləcə də MŞ-nın çağırışları dayanır".
A.Quliyev qeyd edib ki, Mətbuat Şurasının, eləcə də KİVDF-nin xətti ilə həyata keçirilən tədbirlərə baxmayaraq, xüsusilə də virtual məkanda fəaliyyət göstərən, özünün cılız ambisiyaları ilə operativ görünmək kimi ucuz iş üsulunun dalınca qaçan, ziyanlı mövqe nümayiş etdirən media orqanları da var: "Son təxribat zamanı bir neçə media orqanı ziyanlı mövqelərini nümayiş etdirməkdə davam etdilər. Onlar ya şüurlu, ya da bilmədın qabaqcıl olmaq xatirinə milli dövlətçiliyimizin mənafeyinə ziyan vurmaqla yanaşı, əsl erməni tələsinə düşən yemlərə çevrildilər. Çünki ermənilər təxribat hazırlayarkən, onunla bağlı hansı informasiyaları Azərbaycan cəmiyyətinə sızdırmağı da öncədən planlaşdırırlar. Təəssüf ki, bəziləri bu tələyə düşürlər. Belələrinə qarşı lazımı tədbirlər görüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB