İzmir Mətbuat Platformasının təşəbüsü ilə İzmirdə Xocalı soyqırımının 25 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin üzvləri, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Zahid Xudiyevin bacısı Rəna Xudiyeva, jurnalist -tətqiqatçı Günel Yusifqızı və digərləri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, fevralın 25-dən 26-na keçən gecə, erməni silahlıları bir gecə ərzində 613 nəfəri görünməmiş amansızlıqla qətlə yetiriblər. İzmirdəki tədbirdə, Xocalı qətliamının erməni millətçilərinin azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu, dünya ictimaiyyətinin Dağlıq Qarabağda baş verən haqsızlıqlara daha böyük diqqət ayırmasına ehtiyac duyulduğu, bu kimi cinayətlərin təkrarlanmaması üçün insanların birgə çalışmalı olduğu vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartların yolverilməzliyini qeyd edən tədbir iştirakçıları, Xocalı soyqırımına düzgün hüquqi-siyasi qiymət verilməsinin vacibliyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB