YAP Cəlilabad rayon təşkilatı Rayon İcra Hakimiyyətilə birlikdə Xocalı soyqırımının 25 ci ildönümü ilə əlaqədar 24 fevral 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində tədbir keçirilib. YAP Cəlilabad Rayon Təşkilatından SİA-ya verilən məlumata görə, tədbirdə YAP rayon təşkilatının şura üzvləri, NTQ üzvləri, YAP Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, partiya veteranları və fəalları, habelə təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar iştirakçılara ətraflı məlumat verilib, qeyd olunub ki, 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal olunub. Ermənilərin Hücümundan əvvəl, fevralın 25-i axşam Xocalı şəhəri toplardan və ağır artıleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 xocalı sakinləri Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla -613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi, 150 xocalılı itkin düşdü, çox sayda adam ermənilər tərəfindən əsir götürüldü. Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə habelə bir sıra ölkələrdə "Xocalı qətliamı", Xocalı soyqırımı" kimi hər il anılır.
Iştirakçılara Masallı regional Mədəniyyət və Turizm idarəsinin xalq teatrı kollektivinin hazırladığı Zəlimxan Yaqubun Xocalı qətliamına həsr olunmuş "bir ovuc kül" ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB