Lvov şəhərində Xocalı Soyqrımı qurbanlarının xatirəsi anılıb FOTOLAR
Birləşmiş Ukrayna Azərbaycanlıların konqresi Livov vilayəti təşkilatın təşəbbüsü ilə Xocalı soyqırımının 25 ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçrilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanın dövlət himninin sədaları altında başlanan tədbbiri Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov Vilayət təşkilatının sədri Teymur Məmmədov açaraq, 1992-ci ilin şaxtalı fevral gecəsində başda indiki Ermənistan prezidenti Serj Sarkisyan olmaqla erməni daşnak qruplaşmalarının Xocalıda törətdiyi amansız qətliamlardan söz açıb. Bu cinayətkar dəstənin ən ağır cəzaya məhkum olunmasının vacibıiyini bildirib.
Tədbirdə Konqresin gəclər və idman departamentinin sədri Şəhriyar Məhərrəmov diaspora fəallarından Sevda Qurbanova, Çingiz Əliyev və digər soydaşlarımız çıxış edərək aradan 25 il ötməsinə baxmayaraq nüfuzlu beynəlxalq təşkilatların bu qəddarlıq aktına hüquqi siyasi qiymət verməmələrini tənqid atəşinə tutublar.
Sonra tədbirdə Xocalı faciəsini özündə əks etdirən sənədli film nümayiş etdirilib. Filmə baxdiqdan sonra o müdhiş gecəni xatırlayan ukraynalı pilot Leonid Krovets ermənilərin Xocalıda uşaqlara, qadınlara, qocalara və günahsız insanlara qarşı həyata keçirtdikləri işgəncə və qəddarlıq aktını 20-ci əsrin ən amansız faşizm nümunəsi adlandırıb: "Aradan 25 il ötüb. Xocalıda gördüyüm müdhiş olayları bir anda olsa unuda bilmirəm. Hələ də orada gözləri çixarılmış uşaqların, süngiyə keçirilmiş hamilə qadınların, ağır işgəncəyə məruz qalmış yaşlı insanların üzərlərində aparılmış qəddarlıqları beynimdən silib ata bilmirəm. Bu hadisə həyatıma əzab dolu iztirablarla daxil olub".
Anım mərasimində çıxış edərn Livov Vilayət admnistrasiyasının mədəniyyət və millətlər departamentinin sədri Lesiya Kornat Lvovda fəaliyyət göstərən Belarus, Yunan, Bolqar, Polşa, Moldova, və digər xalqların diaspora rəhbərləri Xocalı faciəsinin Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqrım siyasəti olduğunu bildiriblər. Xocalı soyqrım aktının Ukrayna parlamenti tərəfindən tanınması üçün Ali Radaya müraciət olunmasının vacibliyini bildiriblər.
Anım mərasimində iştirak edən aparıcı televiziya kanallarının və kütləvi informasiya Vasitələrinin nümayəndələri Xocalı soyqrımı ilə bağlı xüsusi reportajlar yayımlayıblar.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB