"Səlis Danışıq" Loqopediq və Psixoloji Mərkəzində Xocalı soyqırımının 25 illiyinə həsr olunan tədbir keçirirlib. SİA-nın məlumatına görə, tədbiri açan mərkəzin təsisçisi Xavər Abdullayeva soyqırım haqqında məlumat verib. Daha sonra Goranboyda məskunlaşan aztəminatlı ailənin fiziki qüsürlu uşağı, 15 yaşlı Sevinc Mustafayeva publikaya təqdim edib.
"Sevincin həm nitq, həm psixoloji problemi var. Eyni zamanda skolioz xəstəliyindən əziyyət çəkir. Mülaicəsi mümkün olduğu halda, ailənin maddi durumu Sevincin sağlamlığına qovuşmasına imkan verməyib. Biz onu müayinə etdik və mərkəzin Bərdə filialında müalicəsi üçün bütün tapşırıqları verdik".
Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev qeyd etdi ki, bəzi uşaqlarda fiziki qüsurlar valideynlərinin soyqırım nəticəsində aldığı travmalardan yaranıb. Onları cəmiyyətə sağlam bəxş etmək üçün atılan bu cür addımları dəstəkləyirik".
Qeyd edək ki, Səlil Danışıq Loqopediq və Psixoloji Mərkəzində Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilandan köçkün fiziki qüsurlu uşaqlar təmənnasız müalicə olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB