Milli Qəhrəmanlar vikipediyadan oxunacaq

MEK əməkdaşları Milli qəhrəmanlar haqqında məlumatları bir neçə dildə Vikipediyada yerləşdiriblər
Milli Qəhrəmanlar vikipediyadan oxunacaq
Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli Qəhrəmanlar - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucovun Vikipediyadakı məqalələri italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan Vikipediyalara yerləşdirilib. Tərcümə işi "Şəms Tərcümə Xidmətləri Mərkəzi"nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.

Milli Qəhrəmanlar haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə ciddi töhfə sayıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com