"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Kəlbəcər rayonunun Binəqədidəki 18 saylı orta məktəbdə təhsil alan şagirdlərinin Xocalı faciəsi əlaqədar məlumatlandırılması məqsədilə növbəti tədbir keçirib.
SİA-ya verilən məlumata görə, tədbirdə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək bildirib ki, "Xocalı faciəsi 200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir: "Xocalı faciəsinə ilk siyasi qiymət Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qaydışından sonra qiymət verildi. Bu gün möhtərəm Prezidentimizin apardığı uğurlu xarici siyasət nəticəsində dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanı təcavüzkar dövlət kimi qəbul edilər. Məhz cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir ki, bir necə xarici dövlətin qanunvericilik orqanları Xocalı soyqırımı haqqında siyasi qərar qəbul ediblər.
Xocalı faciəsinin dünyaya tanıdılmasında Azərbaycanın birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın misilsiz xidmətləri var. Məhz Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamış "Xocalıya Ədalət" konpaniyası çərçivəsində artıq dünya ictimaiyyəti ermənilərin Xocalıda törədikləri soyqırımı barədə dolğun məlumatlandırılıb".
Sonda şagirdlər Xocalı faciəsinə həsr olunmuş səhnəciklər göstərib və şeirlər səsləndiriblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB