Ramil Usubov generala vəzifə verdi

Ramil Usubov generala vəzifə verdi

Bir müddət əvvəl xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyev daxili işlər naziri Ramil Usubovun müşaviri təyin edilib. Bunu açıqlamasında DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

E.Zahidovun sözlərinə görə, polis general-mayoru Sərvər Mehrəliyevin uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq o, yeni vəzifəyə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə