Bu gün Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü, "Yeni Azərbaycan" qəzetinin və səfirliyin birgə təşkilatçılığı ilə bu ölkənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlaması münasibətilə "dəyirmi masa" keçirilib. Xatırladaq ki, Qazaxıstan BMT Baş Assambleyasının 28 iyun 2016-cı il tarixində keçirilən iclasında BMT Təhlükəsizlik Şurasının 2017-2018-ci illər üçün qeyri-daimi üzvü seçilib. 2017-ci ilin əvvəlindən isə Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayıb.
"Dəyirimi masa"nı "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu açaraq dost Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini əlamətdar hadisə kimi səciyyələndirib. O deyib: "Azərbaycanın strateji müttəfiqi olan Qazaxıstan ötən il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Əlbəttə ki, bu hadisə bizi sevindirir. Çünki Qazaxıstanla Azərbaycanın strateji münasibətləri var. Qazax xalqı ilə Azərbaycan xalqı bir sıra ortaq dəyərlərə malikdirlər. İki xalqı dil, ortaq mədəniyyət, etnik köklər və ümumi siyasi keçmiş birləşdirir. Hazırkı mərhələdə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayev arasında dostluq münasibətləri var və bu münasibətlər, əlbəttə ki, xalqlarımızın tarixi ənənələrindən qaynaqlanır. Məlum olduğu kimi, Azərbaycan 2011-ci ildə eyni müvəffəqiyyətlə BMT TŞ-nın qeyri-daimi üzvü seçilib və 2012-2013-cü illərdə iki dəfə bu təşkilata böyük uğurla sədrlik edib. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Qazaxıstan Orta Asiya respublikaları arasında bu yüksək etimadı qazanan ilk dövlətdir. Biz dost ölkənin BMT TŞ-nın qeyri-daimi üzv seçilməsini alqışlayırıq".
Qazaxıstan Respublikasının ölkəmizdəki səfirinin müşaviri Darxan Kuşurbayev tədbirdə çıxış edərək BMT Baş Assambleyasının iclasında Qazaxıstanın 2017-2018-ci illərdə BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü ifadə edib. O daha sonar deyib ki, qardaş ölkə olan Azərbaycan səsvermənin bütün mərhələlrində bizə dəstək verəcəyinə tamamilə əmin idik. BMT TŞ-na üzv olduğu müddətdə Qazaxıstan əsas diqqətini qlobal miqyasda irəli sürdüyü təşəbbüslərin yerinə yetirilməsinə yönəldəcək. Bunlar dünyada sülhün təmin olunması , nüvə silahlarsız bir dünyanın yaradılması, münaqişə və müharibəlrin dayandırılması və tamailə həll olunması məsələləridir. 2017-2018-ci illərdə Qazaxıstanın real imkanları olacaq ki, bu istiqamətdə TŞ-nın işinə öz töhfələrini versin. Eyni zamanda , Qazaxıstanın milli maraqların, eləcə də Mərkəzi Asiya regionu ölkəlrinin sülh və təhlükəsizlik məsələləri təmin olunmasına çalışacaq. Qazaxıstanın BMT TŞ-na üzv olması bizə imkan verir ki, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına dair Prezident Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasınnın 70-ci sessiyası , eləcə də Nüvə təhlükəsizliyi Sammitində səsləndirdiyi sülhməramlı təşəbbüslərin reallaşdıra bilək".
"Dəyirimi masa"da çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov da BMT TŞ kimi nüfuzlu bir qurumun qeyri-daimi üzvü seçilməsi münasibətilə dost ölkənin xalqının və dövlətinin ünvanına xoş sözlərini ifadə edib. Elman Nəsirov vurğulayıb: "BMT-nin Baş Məclisində 193 ölkə var. Onlardan 138-i Qazaxıstanın namizədliyini dəstəkləyib. Səfirliyin rəsmisinin də qeyd etdiyi kimi, Azərbaycanla Qazaxıstan dost, qardaş, strateji tərəfdaşlıq münasibətlərinə malik olan ölkələrdirlər. Bundan başqa, dövlət başçılarımız cənab İlham Əliyevlə Nursultan Nazarbayev dostdurlar. Bütün bunlar Qazaxıstanın qazandığı uğura bizi sevindirməyə əsas verən amillərdir".
Milli Məclisin deputatı Aydın Hüseynov Qazaxıstanın BMT TŞ-nın 2017-2018-ci illərdə qeyri-daimi üzvü seçilməsinin böyük siyasi, diplomatik qələbə olduğunu bildirib. Azərbaycanla Qazaxıstanın beynəlxalq qurumlarda, o cümlədən də BMT TŞ-də bir-birinə dəstək ifadə etdiklərini nəzərə çatdıran Aydın Hüseynov iki ölkə arasında dostluğun tarixinin daha dərin olduğunu bildirib.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında bildirib ki. Qazaxıstanın BMT TŞ-nın qeyri-daimi üzvü seçilməsi və cari ilin əvvəlindən qurumda sədr kimi fəaliyyətə başlaması yalnız Qazaxıstan üçün deyil, həmçinin bu ölkənin dostları, o cümlədən də Azərbaycan üçün çox önəmli hadisədir. Bizim ölkələrimiz arasında bir çox sahələrdə tarixən sıx əlaqələr formalaşıb və bu əlaqələr bu gün də yüksələn xətlə inkişaf edir.
"Səs" Media Holdinqin rəhbəri Bəhruz Quliyev isə vurğulayıb ki, Qazaxıstan öz nümunəsi ilə həm regional əməkdaşlığın dərinləşməsinə, həm də qlobal təhlükəsizliyin təmin olunmasına sanballı töhfələr verən bir ölkədir. "Bu günlərdə Münxen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə Rusiya arasında məlum səbəblərdən gərginləşən münasibətlərin istiləşməsində, iki ölkənin əlaqələrinin bərpa olunmasına Qazaxıstanın dövlət başçısının da öz dəstəyini verdiyini bildirib. Biz başqa belə nümunələr də çəkə bilərik. Bax, elə bu kimi amillər də beynəlxalq birlikdə bu ölkəyə dərin etimad qazandırıb. Qazaxıstanın 138 dövlətin dəstəqiyni qazanaraq BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi də bu etimadın növbəti təcəssümüdür. Azərbaycanla Qazaxıstan arasında müxtəlif müstəvilərdə tarixi köklərə əsaslanan sıx dostluq münasibətləri yaranıb. Azərbaycanla Qazaxıstan arasında əlaqələrin yeni çalarlarla zənginləşməsində Ümummilli lidermiz Heydər Əliyevlə Nursultan Nazarbayevin şəxsi dostluq münasibətləri mühüm rol oynayıb. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu bu siyasəti uğurla davam etdirir".
Tədbirdə politoloq Fikrət Sadıqov, "Dədə Qorqud fondunun prezidenti, "Azərbaycan dünyası" Beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov və digərləri çıxış edərək Qazaxıstanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsini bütövlükdə Türk dünyasının böyük uğuru kimi dəyərləndiriblər.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB