Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında imzalanmış Memorandum çərçivəsində, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və müəllim heyətinin təşkilatı dəstəyi ilə Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunmuş "Xocalı faciəsi – Qan yaddaşı" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirin əvvəlində soyqırım qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra "Vətənim" Yaradıcılıq Birliyinin istehsalı olan "Xocalı" sənədli filminin nümayişi həyata keçirilib.
Aksiyada iştirak edənlər Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Naxçıvanski adına Hərbi Lisey rəisinin müavini polkovnik-leytenant Kamran Nəsibov, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək qeyd ediblər ki, 1992-ci ilin 26 fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutaraq tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə nəticələnmişdir. Tədbir əsnasında bir daha vurğulandı ki, Xocalı soyqırımı Azərbaycan tarixində insanlığa qarşı ən faciəli və dəhşətli cinayətdir və gələcək nəsillər bundan lazımı nəticələr götürməlidir.
Tədbirin sonunda Azərbaycan Okinava Qoçiryu-ryu Karate-do və Kobudo Federasiyasının idmançıları öz nümunəvi çıxışları ilə vətənpərvər gənclərimizin gücünü göstəriblər.
Qeyd edək ki, gənclər arasında vətənpərvərlik hisslərin aşılanmasında fəal mövqəyə görə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Hərbi Lisey tərəfindən fəxri diplomla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB