İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək
Martın 1-də Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammiti keçiriləcək. Sammitin iştirakçıları qurumun fəaliyyətini yeni qlobal və regional şərtlər baxımından nəzərdən keçirəcəklər. Regional dövlətlərarası iqtisadi təşkilat olan İƏT öz sıralarında İran, Pakistan, Türkiyə, Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi dövlətləri birləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB