Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə görüşüb. SİA-ya səfirlikdən verilən məlumata görə, görüşdə nazir rəhbərlik etdiyi qurum haqqında məlumat verib, eləcə də, Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində təşkil olunan beynəlxalq tədbirlərdən danışıb.
Səfir Labardini Meksika iqtisadiyyatın vacib göstəricilərinə, müxtəlif sahələrdə, o cümlədən elektron və kosmik sənaye, avtomobillər, mobil telefonlar, düz ekranlı televizorların istehsalı digər sahələrə əldə olunan nailiyyətlərə diqqət yetirib.
Tərəflər İKT sahəsində yenilikləri və tendensiyaları müzakirə ediblər. Hər iki ölkədə internet istifadəçilərinin yüksək sayı qeyd olunub. Diplomat nəqliyyat ilə komunikasiya sahələrinin birbaşa bağlı olduğunu, onların inkişafının qarşılıqlı şəkildə həyata keçməsini vurğulayıb. Hər iki tərəf müvafiq əlaqələrin qurulması və irəliləməsində maraq və istəklərini ifadə ediblər.
Bu gün Meksikada 117 dəniz limanı mövcuddur, eyni zamanda, dəmir yol xəttlərinin sayına görə Latın Amerikada ikinci, hava limanlarının sayına görə isə dünyada üçüncü yeri tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB