"Gənclər Təşkilatları İdarəetmə Akademiyası” FOTOLAR

"Gənclər Təşkilatları İdarəetmə Akademiyası” FOTOLAR

ARGTMŞ Gənclər Evində Gənclər Təşkilatları Milli Şurası tərəfindən "Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası" çərçivəsində "Məqsəd qoyma və həyat prespektivlərinin qurulması" mövzusunda təlim keçirilib. Təlimdə 25 nəfər Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndə və fəal gənclər iştirak edib. SİA-nın verdiyi məlumata görə, təlimçi Anar Məmmədov tərəfindən üzv təşkilatların nümayəndələrinə və fəal gənclərə şəxsi dəyər sisteminin dərk edilməsi, məqsədlərin qoyuluşu, planlaşdırma və məqsədlərə çatma mexanizmləri ilə tanışlıq, həyat prespektivlərinin müəyyən edilməsi üçün şəraitin yaradılması haqqında məlumat verilib və mövzu ətrafında müzakirələr keçirilib. Tədbirin sonunda iştirakçılar şəhadətnamə ilə təltif olunublar.

Qeyd edək ki, Gənclər Təşkilatları İnstitutunun gücləndirilməsi istiqaməti çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası" proqramı 2013-cü ildə start verilib. Akademiya QHT sektorunun inkişafına sistemli yanaşmanı əsas tutan təlimlər blokunu əhatə edir. Birinci tədris bloku – QHT-lərin İdarəetmə Akademiyası, ikinci tədris bloku – Layihələrin İdarəetmə Akademiyası, üçüncü tədris bloku – Şəxsi və Peşəkar İnkişaf Akademiyası, dördüncü tədris bloku – Seçmə kurslarıdır. Proqramın əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlimalətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Proqram çərçivəsində Bu günə qədər 80 gənclər təşkilatından 595 iştirakçı QİDA proqramı çərçivəsində 61 ayrı təlimdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə