Şəmkirdə dəyirman kompleksi tikiləcək

Şəmkirdə dəyirman kompleksi tikiləcək

Şəmkir rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Milli Kömək Fondunun dəstəyi ilə işgüzar forum keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, forumda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanacağı qeyd edilib. Bundan əlavə rayonda dəyirman kompleksinin yaradılması nəzərdə tutulur. Qida məhsullarının saxanılması üçün anbarın, quru meyvə istehsalını həyata keçirmək üçün müəssisələrin yaradılması üçün investisiya layihələrinin maliyyələşdirilməsi təklifi qəbul olunub. Təklifin iqtisadiyyatımıza böyük dəstək verəcəyi nəzərə çatdırılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə