Pakistanın "Diplomatic Insight" jurnalında Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş "Qanlı faciənin 25 illiyi" sərlövhəli məqalə dərc olunub. SİA-ya ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə 1992-ci il fevral ayının 25-də Xocalıda azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı alayı tərəfindən həyata keçirilən vəhşi soyqırımın motivləri ətraflı izah edilib, uşaqların, yaşlıların və qadınların fərq qoyulmadan qəddarlıqla qətlə yetirildiyi diqqətə çatdırılıb. Etnik təmizləmə siyasətini terrorizm vasitələri ilə həyata keçirən Ermənistanın Xocalı soyqırımını törətməkdə əsas məqsədinin mülki əhaləyə qarşı qırğınlar törətməklə Azərbaycan torpaqlarını işğal etmək olduğu öz əksini tapıb. Yazıda həmçinin, Ermənistanın hazırkı prezidentinin "Xocalıdan əvvəl Azərbaycanlılar düşünürdülər ki ermənilər mülki əhaliyə əl qaldırmağa qabil deyillər. Biz Xocalıda bu stereotipi qırdıq"-sözlərindən sitat gətirilərək, bütün mülki əhalini ucdantutma qətlə yetirərək soyqırıma imza atan Ermənistanın hərəkətlərinin beynəlxalq hüquq baxımından cinayət olduğu elmi əsaslarla sübut edilib. Ermənilərin bununla yanaşı İslam mədəniyyət abidələrini, məscidləri, türbələri məhv etdiyi qeyd olunub.
Məqalədə Xocalı soyqırımının Pakistan Senatı, eləcə də ABŞ-ın bəzi ştatları tərəfindən tanındığı, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalı soyqırımı barədə qətnamə qəbul edildiyi, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı Ermənistanın dərhal və qeydsiz-şərtsiz Azərbaycan torpaqlarını tərk etməsinin tələb olunduğu, lakin bu qətnamələrin icra edilmədiyi nəzərə çatdırılmış, ədalətin bərpası və dayanıqlı sülhün əldə olunması üçün cəzasızlığa son qoyulmasının əhəmiyyəti qeyd edilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB