“Fələstin xalqına dəstək” adlı beynəlxalq konfras keçiriləcək

“Fələstin xalqına dəstək” adlı beynəlxalq konfras keçiriləcək

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov "Fələstin xalqına dəstək" adlı 6-cı beynəlxalq konfransda iştirak etmək üçün fevralın 20-də İran İslam Respublikasının paytaxtı Tehrana səfərə gedəcəklər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirdə müxtəlif ölkələrin parlamentariləri iştirak edəcəklər. Toplantıda dünyada terrora qarşı mübarizə, təhlükəsizliyin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Millət vəkilləri mövzu ilə bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə