Bakı Avtovağzalı: Heç bir avtobus reysi təxirə salınmayıb

Bakı Avtovağzalı: Heç bir avtobus reysi təxirə salınmayıb

Qarlı hava şəraiti ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində heç bir avtobus reysi təxirə salınmayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib. O bildirib ki, hava şəraiti Bakıdan gedən və Bakıya gələn avtobuslarda gecikmələrə də səbəb olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə