Fəlsəfə İnstitutunda YAP-ın dayaq təşkilatı yaradıldı FOTO

Fəlsəfə İnstitutunda YAP-ın dayaq təşkilatı yaradıldı FOTO

AMEA-nın Fəlsəfə İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) ilk dayaq təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Akademik İsa Həbibbəyli, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, Tağı Əhmədov, Akademik Qərib Məmmədov, Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə və İnstitutun Yeni Azərbaycan Partiyasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə acan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrdən və ideoloji institut kimi Fəlsəfə institutunun elmi potensialından, elm sahəsində aparılan islahatların əhəmiyyətindən, habelə qarşıda duran vəzifələrdən danışıb.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın institutda fəaliyyət göstərən əməkdaşlarını salamlayaraq, yeni müraciət etmiş daha on nəfərin partiya sıralarına qəbul edilməsi üçün acıq səsvermə keçirib, partiyanın qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində Fəlsəfə institutundakı üzvlərin ziyalı potensialını yüksək qiymətləndirib. O, partiyanın əsasını qoymuş, Ulu Öndər Heydər Əliyevin güclü dövlətçilik strategiyasının mühüm məqamlarından söhbət açıb. Bu gün Azərbaycanda milli siyasi qüvvənin avanqardı olaraq Yeni Azərbaycan Partiyasının sıralarının günü gündən çoxaldığını diqqətə çatdırıb.

Sonra İnstitutun "Heydər Əliyev Məktəbi"nin məsul katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov Yeni Azərbaycan Partiyasının Fəlsəfə İnstitutu üzrə təşkilat sədri seçilib. İnstitut əməkdaşlarından fəl.ü.f.d. Həbib Hüseynov, fəl.ü. f.d. İradə Zərqanayeva, fəl.ü.f.d. Radif Mustafayev, fəl.ü.f.d. Rəşad Əsgərov, fəl.ü.f.d. Nicat Məmmədov, fəl.ü.f.d. Cəbrayıl Məhəmmədov isə büro üzvləri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə