Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. SİA-nın məlumatına görə, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, qar uçqunu baş vermiş əraziyə texnikalar cəlb olunaraq uçqunun fəsadları aradan qaldırılıb.
Qeyd edək ki, bu gün Quba-Xınalıq yolunun 37-ci kilometrliyində qar uçqunu baş verib. Uçqun səbəbindən 7 kəndlə əlaqənin kəsildiyi bildirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, hazırda yolun qardan təmizlənməsi istiqamətində iş aparılır: "Uçqun səbəbindən Xınalıqla yanaşı bir neçə kəndlə əlaqə kəsilib. Bu da təbii haldır. Lakin əməkdaşlarımız yolun qardan təmizlənməsi üçün hazırda ərazidədirlər".
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB