Sekuta Xocalıdan olan ailəyə baş çəkib

Sekuta Xocalıdan olan ailəyə baş çəkib

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta məcburi köçkün olan iş adamı Tofiq Cəbrayılovla görüşüb. SİA-ya səfirlikdən verilən məlumata görə, görüş zamanı diplomat onun həyat təcrübəsindən və 25-26 fevral 1992-ci ildə Xocalıda baş verən faciəli hadisələrdən sonra irəli getmək üçün necə yol tapması barədə söhbət edib. T.Cəbrayılov kiçik biznesindən gələn gəlirlə ailəsini saxlamaq üçün zəhmətlə çalışıb.

"Biz keçmişdə yaşananları heç vaxt unutmamalıyıq. Həmçinin, daimi yol axtararaq irəli addımlayan və ailələri üçün parlaq gələcək qurmaq üçün zəhmətlə çalışan insanlarla görüşməkdən böyük qürur hissi duyuram".

Bütün xəbərlər Facebook səhifəmizdə