Mübariz Qurbanlı Ucarda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Ucarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Ucar şəhərində Göyçay və Ucar rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul Ucar şəhər Heydər Əliyev Mərkəzində (ünvan: H.Əliyev prospekti 153 ) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Əzim Rəfiyev

Mob: (050) 470-68-00

Telefon: (020) 21-3-05-78

e-mail:[email protected]

www.scwra.gov.az

Bütün xəbərlər Facebook səhifəmizdə