FHN yolda qalanlara yardım edir

Qar yağması səbəbindən gecə saatlarından başlayaraq, yolların buz bağlaması nəticəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

SİA FHN-ə istinadla xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "Mersedes" markalı mikroavtobus gecə saat 3-də yolda batıb. FHN xilasedicilərinin yardımı ilə mikroavtobus mənzil başına çatıb.

Qəbələ rayonu, Vəndam kəndində isə xilasedicilər yolda ilişib qalan və hərəkətini dayandırmağa məcbur olan bir neçə avtomobili çıxarıblar və yolda hərəkəti təmin ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə