Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 24-də Hacıqabul rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Biləsuvar, Salyan, Hacıqabul və Neftçala rayonlarının sakinləri ilə görüşəcək.
Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Hacıqabul rayon Kənd Təsərrüfatı İdarəsinə (050-305-18-18) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB