Sabah qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında isə hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, axşam yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 17-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Fevralın 18-də isə soyuq hava şəraitinə baxmayaraq havanın oksigenlə zəngin olması müsbət amildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com