Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov 24 fevral 2017-ci il tarixində Kürdəmir rayonunda vətəndaş qəbulu keçirəcək. Komitədən SİA-ya verilən məlumata görə, qəbulda yalnız Kürdəmir, Ucar, Göyçay, Zərdab rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Kürdəmir rayonunda yerləşən Yeni Azərbaycan Partiyasının binasında keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi: (02021) 3-02-74 (02025) 5-51-62
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB