Aeroport istiqamətində sürət həddi aşağı salındı

Aeroport istiqamətində sürət həddi aşağı salındı

Heydər Əliyev prospekti və Zığ dairəsindən aeroport istiqamətində sürət həddi aşağı salınıb.

SİA -ya verilən məlumata görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O bildirib ki, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət saatda 20 kilometr endirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə