AMЕA Naxçıvan Bölməsinin Mərkəzi Elmi kitabxanasında sərgi təşkil olunub. Bölmənin informasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən sərgidə "Tarixi həqiqətin soyqırımı", "Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri" 2 dildə (Azərbaycan və rus), "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" 3 dildə (Azərbaycan, rus və ingilis), "Xocalı soyqırımı" (sənədlər, faktlarda və xarici mətbuatda), "Türkün xocalı soyqırımı", "Erməni teroru", "Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə", "Qarabağ həqiqətləri", "Qarabağ düyünü", "Qarabağ harayı" və digər kitablar nümayiş olunur.
Bir neçə bölmədən ibarət olan sərgidə həmçinin türk, rus və ingilis dillərində çap olunan kitablar da tamaşaçıların ixtiyarına verilib.
Öz faciəviliyinə görə dünyada analoqu olmayan Xocalı hadisəsini əks etdirən jurnal, qəzet və kitab materiallarının yer aldığı sərgi ayın son gününə kimi ziyarətçilərinin ixtiyarında olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB