Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib. Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamının əhəmiyyətindən danışıb.
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən rektor, alimin elmin, səhiyyənin inkişafındakı əvəzsiz rolunu vurğulayıb.
Sonra "Əziz Əliyevin fəaliyyəti arxiv sənədlərində" və digər mövzularda məruzələr dinlənilib.
Çıxış edən alimlər görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin doğma Vətən və xalq qarşısındakı xidmətlərindən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB