Xudat Sərhəd Dəstəsinin Qusar rayonu ərazisində yerləşən "Həzrə" sərhəd komendantlığında, "Həzrə" və "Kirik" sərhəd zastavalarında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun orta təhsil aldığı Həzrə kənd orta məktəbinin müəllim və şagird kollektivinin, ictimaiyyətin, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, Milli Qəhrəmanın müəllimləri, sərhədçi zabitlər şəxsi heyət qarşısında çıxış edərək Çingiz Qurbanovun orta təhsil illərindən xatirələr danışıb, döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq barəsində ətraflı məlumatlar veriblər. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid gedən Çingiz Qurbanov qanını və canını əsirgəmədən torpaqlarımızın işğaldan azad edilməsi üçün hər an döyüşə hazır olan Azərbaycan əsgərinin növbəti simvoludur. Çingiz Qurbanov həm düşmənə, həm də bütün dünyaya bir daha göstəribn ki, Azərbaycan dövlətinin güclü əsgəri var və milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaqdır.
Tədbirlərdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti sayəsində cəbhə xəttində düşmənə sarsıdıcı zərbələrin endirilməsi, xarici siyasətdə əldə olunan ardıcıl diplomatik qələbələrimiz yaxın zamanlarda torpaqlarımızın işğaldan azad ediləcəyinə olan inamı daha da artırıb.
Tədbirlərin sonunda şagirdlər və sərhədçi əsgərlər tərəfindən vətənpərvərlik mövzusunda şerlər səsləndirilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB