Rusiyalılar Vətənin Müdafiəçisi Gününü Bakıda qeyd edəcəklər

Rusiyalılar Vətənin Müdafiəçisi Gününü Bakıda qeyd edəcəklər

Bakı Rusiyada fevralın 23-də qeyd olunan Vətənin Müdafiəçisi Günündə daha çox rusiyalının səyahət edəcəyi şəhərlər siyahısındadır.

"RoomGuru" otel axtarışı xidmətinin tərtib etdiyi reytinq cədvəlinə görə, fevralın 23-nü qeyd etmək üçün Bakıya, Minskə, Tbilisiyə, Barselonaya və Budapeştə gedəcək rusiyalıların sayı daha çoxdur. Rusiya daxilində səyahət üçün isə həmin gün ölkə vətəndaşları Moskva, Sankt-Peterburq, Nijni-Novqorod, Soçi, Kazan və digər istiqamətlərə üstünlük verirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə