Vüqar Bayramov: “Prezidentin fərmanı məcburi köçkünlərin sosial təminatını daha gücləndirəcək” AÇIQLAMA!
"Bu fərmanın imzalanması məcburi köçkünlərin sosial təminatı baxımından uğurlu bir qərardır. Yataqxanalarda, ümumiyyətlə, infrastrukturu başa çatmamış, mavi qazdan istifadə etməyən binalarda yaşayan məcburi köçkünlərin kommunal xidmətlərin istifadə qaydası əvvəlki qaydada limitlər daxilində dövlət tərəfindən həyata keçiriləcək. Artıq dövlət əvvəllər olduğu kimi limitlər daxilində məcburi köçkünlərin kommunal xidmətlərini əvəzsiz olaraq ödəyəcək". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.
"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliyi dövlət başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürü kimi qiymətləndirən V.Bayramov qeyd edib ki, bu fərman məcburi köçkünlərin sosial təminatını daha da gücləndirəcək: "Edilən dəyişikliklər sosial baxımdan müsbət qiymətləndirilməlidir. Məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu fərman onu deməyə əsas verir ki, məcburi köçkünlərin, ümumiyyətlə, insanlarımızın sosial həyatının təminatı üçün böyük siyasi iradə var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB