Gömrükdən gizlədilən 8 ədəd telefon aşkar olunub

Gömrükdən gizlədilən 8 ədəd telefon aşkar olunub

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının üzərində gömrük baxışı həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, baxış zamanı 4 ədəd "Samsung Galaxy J5", 3 ədəd "Samsung Galaxy J2 prime", 1 ədəd "Samsung Galaxy J7" markalı mobil telefonlar və 7 ədəd mobil telefon qutusu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə