Kabelləri oğurlayanlar saxlanılıb

Kabelləri oğurlayanlar saxlanılıb

Samux rayonunda oğurluq hadisəsi olub. 1984-cü il təvəllüdlü Əsgərov Tehran Səməndər oğlu və 1993-cü il təvəllüdlü Qəmbərli Həsrət Zöhrab oğlu saxlanılıb. Müəyyən olunub ki, onlar rayonun kəndlərindən artezian quyularının kabellərini kəsib satıblar. Samux rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, adı çəkilən vətəndaşlar 35 artezian quyusunu sıradan çıxarıb.

Qeyd edək ki, faktla bağlı iş açılıb. Araşdırma davam edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə