Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevralın 23-də Kürdəmir, Şamaxı, Ağsu, Qobustan, Göyçay və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, qəbul saat 10:00-da Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i ilə əlaqə saxlamaları, həmçinin 17 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə müraciət etmələri (əlaqə telefonları: 012-585-06-56, 051-458-73-73, 050-731-47-37) xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB