Samux rayon Hacalı kəndi ərazisində qanunsuz ov etmək istəyən şəxslər saxlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, onlar Gəncə sakinləri Mais Vəliyev və Bəxtiyar Qurbanovdur. Onların avtomobillərinə baxış keçirilən zamanı məlum olub ki, orada sənədi olmayan "TOZ" markalı ov tüfəngi və 48 ədəd patron var.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB