Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul proseduru sadələşdirilməlidir"

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul proseduru sadələşdirilməlidir"

"Dövlət qulluğuna qəbul proseduru yenə sadələşdirilməli, çevikliyi təmin olunmalıdır". SİA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib. Bu istiqamətdə mühüm işlərin həyata keçiriləcəyini deyən M.Abbaszadə qeyd edib ki, DİM şəffaf seçim aparmaq üçün müvafiq hüquqi mühit yaradıb: "Əvvəl insanlar iş tapmaq üçün yüksək məvacibi olan özəl sektorlara üz tuturdular, dövlət qulluğuna isə maraq göstərmirdilər. Amma son illərdə dövlət qulluğuna qəbul müsabiqəsinin şəffaf keçirilməsi, onun nüfuzunun artması dövlət qulluğuna qəbul üçün müraciət edənlərin sayının artmasına təsir göstərib. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əmək bazarında kifayət qədər vakansiyalar yaransa da kadrlar həmin vakansiyaları tuta bilmirdilər. İnformasiya texnologiyaları üzrə vakansiyalar illərlə boş qalırdı. Bu problemlərin kökü sovet dövründən gəlirdi. Həmin dövrdə ali təhsilli gənclər təhsil aldıqları üzrə sahə üzrə səthi biliyə malik olurdular". Direktorlar şurasının sədrinin sözlərinə görə, sovet dövrünün təhsilinin məzmunu müasir tələblərə cavab vermirdi: "Ona görə əmək bazarına daxil olandan sonra gənclər müxtəlif dil və kompüter kurslarına müraciət edirdilər. Bu istiqamətdə son illərdə çox ciddi islahatlar aparılıb. Yeni ali məktəblər yaradılıb. Bu universitetlər təhsilin məzmunun müasir standratlara cavab verməsinə ümid verir. Təcrübəsi olan insanların yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər. Burada təlim proqramlarının və prosesin müasir tələlərə cavab verməsi və standartalara uyğunluğu vacib məsələdir. Əmək bazarında iş yeri axtaranlar üçün tələblər sürətlə dəyişir. Ona görə də gənc nəsil əmək bazarındakı tələbata hazır olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə