"Səhər saatlarında paytaxt yollarının şaxta səbəbindən sürüşkən olmasına baxmayaraq, heç bir problem qeydə alınmayıb. Yollarda sadəcə olaraq bir qədər sıxlıq müşahidə olunub". Bunu SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O qeyd edib ki, səhər saatlarında müşahidə olunan sıxlığın səbəbi sürücülərin avtomobilləri ehtiyyatla idarə etməsi olub: "Hava limanı istiqamətində olan yollarda dünən gündüz saatlarında sürət həddi 20 km/saat azaldılmışdı. Gecə saatlarında yollar daha çox buzlaşdığına görə sürət həddi daha 20 km/saat aşağı salınıb. Hazırda aşağı salınan 40 km/saat sürət həddi tam bərpa olunub. Paytaxt yollarında vəziyyət normalıdır".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB