Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının10 illik yubileyi münasibətilə təsdiq edilmiş tədbirlər planına əsasən Binəqədi rayon məktəblilərinin növbəti qrupunun Xidmətin aparatına ekskursiyası təşkil edilib.
DMX-dan SİA-ya verilən məlumata görə, məktəblilər DMX-nın Qəbul və Gözləmə zalları, "Çağrı mərkəzi"nin fəaliyyəti və əməkdaşların iş prosesləri ilə tanış olub, Xidmətdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra Xidmətin akt zalında Binəqədi rayon məktəbliləri ilə görüş keçirilib. Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev məktəbliləri salamlayıb və onlara Xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib.
Bildirilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə iqtisadi-siyasi, sosial, mədəni, bir sözlə hərtərəfli dinamik inkişafı sürətləndirib.
Qeyd edilən müsbət amillər respublikamızı əcnəbilər üçün olduqca maraqlı ölkəyə çevirib.
Görüşdə Xidmətin10 il ərzində əldə etdiyi nailiyyətlərdən, mükəmməl qanunvericilik bazasından, regional miqrasiya idarələrinin keçdiyi uğurlu inkişaf yolundan bəhs edilib. Hüquq-mühafizə orqanı statusu daşıyan Dövlət Miqrasiya Xidmətinin ötən on il ərzində miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin beynəlxalq təşkilatlar, eləcə də ölkəmizə səfər edən xarici qonaqlar tərəfindən təqdir olunduğu bildirilib.
102 saylı məktəbin müəllimi Dönməz Mirzəyev belə bir tədbirin təşkilinə görə iştirakçılar adından təşəkkürünü bildirib.
Sonra Xidmət tərəfindən hazırlanan "Uzun səyahət" filmi nümayiş olunub.
Binəqədi rayon məktəblilərinin böyük marağına səbəb olan ekskursiyanın sonunda xatirə şəkili çəkdirilib və şagirdlərə hədiyyələr verilib.
Qeyd edək ki, məktəblilərin Xidmətə ilk ekskursiyası cari ilin yanvarında təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB