Çində kömür mədənində partlayış

Çində kömür mədənində partlayış

Çində kömür mədənində baş verən partlayış nəticəsində 8 nəfər həlak olub, 3 nəfər isə itkin düşüb. TASS agentliyi xəbər verir ki, hadisə baş verən vaxt mədəndə 29 nəfər olub. Partlayış zamanı onlardan 18-i şaxtanı tərk edə bilib, 1-i isə yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Hər il bu ölkənin şaxtalarında qəzalar nəticəsində minlərlə insan həlak olur. Əksər faciələrin səbəbi təhlükəsizlik qaydalarının pozulmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə