Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti Xidmətin Masallı rayon şöbəsində tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Masallı raon Poliş şöbəsinin rəisi, Masallı rayon Prokuroru və digər rəsmi şəxslər iştirak edib.
Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin ziyarət edib və Mərkəzdə Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Daha sonra tədbir dəyirmi masa arxasında davam etdirilib. Tədbiri giriş sözü ilə açan SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi polkovnik Rəsul Quliyev Xidmətin yaranması tarixindən danışıb. Şöbə rəisi qeyd edib ki, 2012-ci il 13 fevral tarixində Prezident İlham Əliyevin 593 saylı Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb: "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır".
Olkədə ordu quruculuğuna göstərilən diqqət və qayğıdan söhbətə açan şöbə rəisi bildirib ki, dünyada nüfuz sahibinə çevrilən Azərbaycanın inkişaf tempi ildən ilə nailiyyətlərlə müşahidə olunur: "Strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqəti ilə uğurla davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verməkdədir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artmış, Silahlı Qüvvələrimiz mənəvi-psixoloji hazırlığına, maddi-texniki təminat bazasına və ən əsası döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer almışdır".
Daha sonra xidməti fəaliyyətlərinə əldə etdikləri naliyyətlə görə şöbənin əməkdaşları mayor Asif Əhədov, mayor Sahil Abbasov, leytenant Babək Hacıyev, mülki işçilər Azər Məmmədov və Yusif Mirzəyev mükafatlandırılıblar.
Tədbirə yekun vuran şöbə rəisi, polkovnik Rəsul Quliyev əminliklə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB