"Telesayohat" verilişində növbəti buraxılış Azərbaycana həsr edilib

"Telesayohat" verilişində növbəti buraxılış Azərbaycana həsr edilib

Özbəkistanın "Dunyo boylab" telekanalında "Telesayohat" verilişində növbəti buraxılışını Azərbaycana həsr edib.

Azərbaycanın təbliği, habelə Özbək turistlərin ölkəmizə cəlb edilməsi məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Özbəkistanın "Dunyo boylab" telekanalının jurnalistlərinin Azərbaycana səfəri təşkil olunub və onlar ölkəmiz haqqında geniş veriliş hazırlayıblar.

"Telesayohat Ozarbayjon" adlanan 2 hissəlik veriliş qardaş ölkənin "Dunyo boylab" telekanalında 5 dəfə nümayiş olunub.

Verilişin 1-ci hissəsində Azərbaycan, onun paytaxtı Bakı şəhəri, şəhərin turizm imkanları, tarixi binalar, turistlər üçün maraqlı məkanlar, ölkəmizin mədəniyyəti, adət-ənənələri, son illər əldə edilmiş nailiyyətlər geniş işıqlandırılıb. Bakının tarixi Qız qalası, İçəri şəhər, habelə müasir memarlıq nümunələri, Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Xalça Muzeyi və s. haqqında verilişdə xüsusi məlumat verilib.

Bakıda yaradılmış möhtəşəm Bayraq meydanı və Ginnesin rekordlar kitabına düşmüş dünyanın ən uca bayrağı haqqında məlumat verilir.

Verilişdə Bakıda öz gözəlliyi ilə seçilən və turistlər üçün maraqlı olan Heydər Əliyev Beynəlxalq Aeroportu və onun özəlliyi, müasir, gözəl görünüşü işıqlandırılır.

Dünyada şöhrət qazanmış azərbaycan xalçaları, Azərbaycanda yaradılmış möhtəşəm Xalça Muzeyi verilişdə xüsusi işıqlandırılır. Burada saxlanılan xalçaların Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, ədəbiyyatını əks etdirildiyi vurğulanır.

Telesayohat verilişində 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda "İçərişəhər"də Özbək gənclərinin çıxışı və konsert proqramndan kadrlar nümayiş etdirilir.

Verilişin 2-ci hissəsində Azərbaycanın Gəncə şəhəri, şəhərin ümumi mənzərəsi, Xan bağı, Cavad xanın məqbərəsi, Nizami məqbərəsi göstərilir və onların tarixi haqqında danışılıb.

Müəllif Azərbaycan təbiətinin incisi Göygöl haqqında məlumat verir, Göygölün füsunkar gözəlliyi onun nəinki Azərbaycanın, dünyanın gəzməli-görməli yerləri siyahısında ön sıralarda olduğunu vurğulayır.

2016-cı ilin sentyabr ayında Gəncədə keçirilən Türkdilli ölkələrin Gənclər Festivalı verilişdə xüsusi işıqlandırılır, Özbəkistanın Festivalda iştirakı və hər dövlətin təmsilçilərinin təşkil etdiyi milli mədəniyyət nümunələri, xalqların mətbəxinə dair sərgilər verilişdə nümayiş olunur, xalqlar arasında tarixi yaxınlıq, oxşarlıqlar faktlarla vurğulanır.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi sözügedən televiziya verilişlərinin materiallarını geniş kütləyə çatdırılması məqsədi ilə internetin "youtube.com" səhifəsində yerləşdirmişdir (https://www.youtube.com/watch?v=PoYI99Qk3-0).

Bütün xəbərlər Facebook səhifəmizdə